5 C
Baku
Friday, February 23, 2024

Rus oliqarx İngiltərədəki evində ölü tapıldı

Ukraynada anadan olmuş iş adamı, rus oliqarx Mixail Vatford İngiltərənin Surrey şəhərində yerləşən evində ölü tapılıb.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Rus oliqarxlarına sanksiyaların tətbiq olunduğu, üstəlik Biros Consonun bu mövzuda sərt açıqlamalar verdiyi vaxtda 66 yaşlı rus oliqarxın ölümü bir çox suallar yaradıb. Polisin açqlamasına görə, iş adamının cəsədini bazar ertəsi günü evinin bağbanı tapıb. Bağban evin qarajına girəndə Vatfordun cəsədi ilə qarşılaşıb.

Vatfordun ölümü polislərin qeydlərində “şübhəli ölüm” kimi deyil, “izah oluna bilməyən ölüm” kimi keçib. Bu da oliqarxın öldürülmədiyi, ancaq intihar etmiş ola biləcəyi ehtimalını ağıla gətirir. Lakin onun adı Boris Consonun açıqladığı sanksiya siyahısında yox idi. Belə olduqda iş adamının sanksiya qorxusu ya da rusların hazırladığı deyilən “ölüm siyahı”sında olmağına görə intihar etmiş ola biləcəyi düşünülür.

2000-ci illərin əvvəlində İngiltərədə məskunlaşan və Mixail Tolstoşeya olan adını Mixail Vatford olaraq dəyişdirən iş adamı sərvətini, sahib olduğu neft emal və təbii qaz şirkəti sayəsində əldə edib. Sovet Rusiyası dövründə dünyaya gələn Vatford o günlərdə SSRİ-nin tərkibinə daxil olan Ukraynada anadan olub.

Vatfordun yaşadığı və eyni zamanda vəfat etdiyi evi İngiltərəni və Surrey şəhərinin ən bahalı evlərindən biridir. Dəyəri 18 mln. pound-dur.

M.Vatfordun ikinci həyat yoldaşı 41 yaşlı estoniyalı Ceyn dünən sosial media hesabında yoldaşı ilə evlərində çəkilən şəkilini paylaşıb.

Rus oliqarx həyat yoldaşı Ceyn, ilk evliliyindən olan oğlu və digər iki övladı ilə birlikdə yaşayırdı. Ancaq qəribədir ki, onun adı Wikipedia səhifələrində yox idi.

İngilis mediası oliqarxn öz bağbanı tərəfindən asılaraq öldürüldüyünü iddia etsə də rəsmi polis hesabatlarında bu məlumat təsdiq olunmayıb.

Oliqarxın yaxın dostlarından biri mediaya açıqlamasında iş adamının zehninin Rusiya və Ukrayna arasındakı müharibəyə görə qarışdığını deyib. Digər tərəfdən M.Vatfordun ortaqlarından biri bu hadisəni “şübhəli ölüm” adlandırıb və ortada bir çox suallarn olduğunu deyib.

M.Vatfordun Ukrayna torpaqlarındakı investisiyaları sonradan İngiltərəyə daşınıb.

Onun ölümü 2021-ci ildə 44 yaşnda eyni şəkildə dünyasını dəyişən və ölümü ilə bağlı sirr hələ də ortaya çıxmayan Aleksandr Perepiliçnini xatırladıb.

Son xəbərlər
Digər xəbərlər