Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına Türkiyə və Tailandda səfər etməyə icazə verilib.
“Kommersant”a istinadən xəbərə görə, müvafiq sərəncamı Daxili İşlər naziri Vladimir Kolokoltsev imzalayıb.
Xatırladaq ki, polislər və digər güc strukturlarının əməkdaşlarına hər iki dövlət daxil olmaqla ümumilikdə 116 ölkədə dincəlmək 2014-cü ildə ləğv edilmişdi
Qafqazinfo