Dollar Moskva açıq ticarət birjalarında avronun məzənnəsi Bakı vaxtı ilə saat 11:00-da 72 qəpik artaraq 68,53 rubla ticarət olunur. Bununla da dollar/rubl məzənnəsi 2016-ci ilin 18 aprelindəki səviyyəsinə qayıdmış olub. Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Avrozonanın vahid valyutası avro da bahalaşaraq 78,04 rubl təşkil edir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Rusiyaya Sktipal məsələsinə görə tətbiq etdiyi sanksiyadan sonra rubl ucuzlaşmağa başlayıb.