BANKER.AZ — Bazar ertəsi günü Rusiya rublu xarici valyutalara qarşı daha da möhkəmlənib. Şirkətlərin bu həftə etməli olduğu vergi ödənişləri və bazarın cümə günü Rusiya Mərkəzi Bankının məzənnə qərarını gözlədiyi bir şəraitdə USD/RUB cütlüyünün məzənnəsi 74.00 səviyyəsindən aşağı düşüb.
Banker.az xəbər verir ki, Moskva Fond Birjasında dollar/rubl cütlüyü 2.2443 rubl, yaxud 2.97% enişlə 73.2057-ə düşüb. Bu da Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlanğıcı olan 24 fevraldan əvvəlki məzənnəyə qaytarılması deməkdir.
Avroya nisbətdə 2.6% artaraq 78.01 səviyyəsində ticarət edilir.
Ölkədə ticarət fəaliyyəti fevralın 24-dən əvvəlki səviyyələrlə müqayisədə zəif olaraq qalır. Rublun məzənnəsində hərəkətlər Mərkəzi Bank tərəfindən qoyulan kapital nəzarəti ilə süni şəkildə məhdudlaşdırılır. Çünki Qərbin sanksiyaları ölkənin ehtiyatlarının təxminən yarısını dondurduqdan sonra valyuta müdaxilələri vasitəsilə rublu dəstəkləmək qabiliyyətini mümkünsüzdür.
Məlumata görə, şirkətlərin bu ay 3 trilyon rubl (40.25 milyard dollar) dövlətə vergi ödəməlidir. Ödənişləri həyata keçirmək üçün bəzi ixrac yönümlü firmalar xarici valyuta satmalıdırlar ki, əllərinə rubl alıb, dövlət qarşısında olan öhdəliyini qarşılasınlar.
Vergi ödəmələrinin artımı rublu daha da yüksəldə bilər, “Veles Capital” açıqlamasında Reutersə deyib. “Lakin cümə günü Rusiya Mərkəzi Bankı tərəfindən gözlənilən faiz endirimi nikbinliyi azalda bilər”.
Müharibə başlayandan dörd gün sonra Rusiya Mərzi Bankı sərt sanksiyalar səbəbi ilə uçot faiz dərəsini 9.5%-dən 20%-ə qaldırmışdı. Daha sonra isə gözlənilmədən 20%-dən 17%-ə qədər azaltmışdı.
Bu arada Rusiya fond indeksləri qarışıqdır.
Dollarla ifadə edilən RTS indeksi (.IRTS) 0.5% artaraq 932.9 bənd təşkil edib. Rubl əsaslı Moskva Fond Birjası Rusiya indeksi (.IMOEX) 2% azalaraq 2 188.8 bənd təşkil edib ki, bu da fevralın 24-dən bəri ən aşağı göstəricidir.