Rus rublu və lirə dollar qarşısında möhkəmləndi

Rusiya və Türkiyədə dollar və avronn yerli valyutalara qarşı ucuzlaşması müşahidə edilir.

Rusiya Mərkəzi Bankı (Bank Rusiya) sabaha olan rəsmi məzənnəni açıqlayıb. Banker.az- RMB-ın açıqlamasına istinadən xəbər verir ki, EUR/RUR məzənnəsi 22,69 qəpik enərək 59,61 səviyyəsində müəyyən olunub. Dollar/rubl məzənnəsində də eniş var. Belə ki, bu cütlüyün məzənnəsi 27,12 qəpik düşərək 55,97 səviyyəsində qərarlaşıb.

Türkiyədə…

Səhər saatlarında USD/TRY məzənnəsi 3,71 səviyyəsində başlamasına baxmayaraq, gözlənilənlərin əksi olaraq 3,687 səviyyəsində olub. Avro da 0,14% ucuzlaşaraq 3,934 lirə olub.

Yerli analitiklər isə USD/TRY məzənnəsinin bu enişinin uzunmüddətli olmayacağı və 3,74 səviyyəsinə qədər qayıdacağı qənaətindədir.

 

Son xəbərlər
Digər xəbərlər