4 C
Baku
Saturday, February 24, 2024

Rus şirkəti Azərbaycanda böyüməkdədir

Rusiyanın spirtli içki istehsalçısı “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “Az Abrau” MMC-yə yenidən maya qoyulub.

Banker.az xəbər verir, şirkətin nizamnamə kapitalı 2 702 526.4 manat, yaxud 80% artırılıb.

Beləliklə, kapital 3 397 600 manatdan 6 100 126.4 manata yüksəldilib.

Qeyd edək ki, bir il öncə şirkətin nizamnamə kapitalı 1 787 600 manat (2 dəfə) artırılmışdı.

“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. 2022-ci ilin ikinci yarısından başlayaraq ona Viktor Jarov Lvoviç rəhbərlik edir. Şirkət dekabrda Şəkidə fəaliyyətdə olan “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.

Həmin tarixdə Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alğı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4,5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəməyi öhdəliyinə götürüb.

Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur.

“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

 

Son xəbərlər
Digər xəbərlər