2015-ci ilin fevral ayında rus xakerlər yeni Corkow Trojan virusunun köməkliyi ilə Kazanın Energobank bankının sistemini sındırmış və neft bazarında gözlənilməz məbləğ olan 500 milyon dollara bir neçə müqavilə təşkil etmişdilər. Bu isə öz növbəsində valyutaların məzənnəsində güclü dəyişikliklərə səbəb oldu. Bu haqda məlumatı Group-IB şirkətinə istinadən Bloomberg agentliyi vermişdir.
27 fevral 2015-ci ildə Energobank Moskva birjasında dolların məzənnəsinin 61 rusbldan 55 rubla enməsinə səbəb oldu. Bu zaman bank öz itkilərini 3,2 milyon dollar həcmində qiymətləndirmişdi. Xakerlər bankın sistemini antivirus proqramları tərəfindən qeydə alınmamaq üçün daim yenilənən yeni Corkow Trojan virusundan istifadə edərək sındırmışdılar. Verilən məlumata görə, banka qarşı edilən bu hücum 100 fərqli maliyyə institunda 250 000 kompüteri əhatə etmişdi.
Group-IB şirkətinin kiberaraşdırma bölməsinin rəhbəri Dmitriy Volkov bildirmişdir ki, bu sözügedən virusla sistemin sındırılmasında qeydə alınan ilk rəsmi hal idi. Lakin hazırda Corkow Trojan virusu bu kiçik hücumdan başqa, daha böyük potensiala sahibdir. Bununla yanaşı, virus lokal şəbəkələr vasitəsilə internetə qoşulu olmayan kompüterlərə özü çatmaq iqtidarındadır. Onun fikrincə, keçən il təşkil edilən bu hücum daha böyük kiber hücum üçün hazırlıq mərhələsi idi.