34 C
Baku
Friday, July 12, 2024

Rusiya ərazisi ilə tədarük edilən Azərbaycan neftinin həcmi açıqlandı

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə 528,6 min ton Azərbaycan nefti tədarük edilib.

Bu barədə Rusiya Federasiyası Yanacaq-enerji kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, bununla Azərbaycan Rusiya ərazisindən tranzitlə göndərilən neftin həcminə görə üçüncü olub.

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə nəql olunan neft həcmlərinə görə Qazaxıstan birinci olub. Bu ilin 11 ayı ərzində Rusiyadan tranzitlə 14,21 mln ton Qazaxıstan nefti tədarük edilib.

İkinci yerdə isə Türkmənistan qərarlaşıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə 2,11 mln ton Türkmənistan nefti nəql edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər