18 C
Baku
Monday, October 13, 2025

Rusiya əcnəbilər üçün müvəqqəti yaşamaq icazəsi kvotasını azaldıb

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazəsi vermək üçün kvotanı azaldıb.

Bu barədə rus KİV-ləri yazıb.

Məlumata görə, 2026-cı il üçün Rusiya Federasiyasında əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3802 müvəqqəti yaşama icazəsinin verilməsi üçün kvota müəyyən ediləcək. Müvəqqəti yaşamaq icazəsi xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiyada yaşamaq və işləmək üçün veriləcək.

Qeyd edilir ki, müvəqqəti yaşamaq icazəsi üç il müddətinə verilir və əcnəbilərə Rusiyada qanuni işləməyə imkan yaradır.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər