12 C
Baku
Friday, March 29, 2024

Rusiya əhalisinin nağd valyutaya tələbi artıb

Bu ilin iyul ayında Rusiya vətəndaşlarının nağd valyutaya tələbi aylıq müqayisədə 20% artaraq 5,1 mlrd. ABŞ dolları olub.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Bu göstərici 2016 və 2017-ci ilin iyul ayları ilə müqayisədə müvafiq olaraq 3% və 6% azdır.

Rusiya Bankının (Mərkəzi Bank) hesabatında qeyd olunur ki, iyul ayında əvvəlki ayla müqayisədə əhalinin ABŞ dollarına tələbi 22%, avroya tələbi isə 18% artıb.

– Report

Son xəbərlər
Digər xəbərlər