Rusiyaya qarşı sanksiyalar Macarıstana və bütövlükdə Avropaya pis təsir göstərir.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Fransanın LCI telekanalına müsahibəsində deyib.
“Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı dağıdır. Sanksiyalara görə üç ildə 20 milyard avro itirmişik. Bu, Macarıstan üçün əhəmiyyətli məbləğdir”, – Orban qeyd edib.
O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Macarıstana səfər etmək qərarına gəlsə, ölkə onu layiqincə qəbul edəcək. “Rusiya Prezidenti Macarıstana gəlmək istəsə, o, layiqincə qarşılanacaq”, – Macarıstan hökumətinin başçısı bildirib.