Rusiya Kanadanın 200 vətəndaşını “qara siyahı”ya salıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Rəsmi Ottavanın Rusiya rəsmilərinə, hərbi qulluqçularına, hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və ictimai xadimlərə qarşı tətbiq etdiyi şəxsi sanksiyalara cavab olaraq, 200 kanadalının girişi qarşılıqlılıq əsasında bağlanıb”, – XİN-in bəyanatında qeyd edilir.