6 C
Baku
Saturday, February 24, 2024

Rusiya 2023-cü ilin sonuna qədər neft ixracını azaltmağa davam edəcək

2023-cü ilin dekabr ayının sonuna qədər Rusiya dünya bazarlarına neft tədarükünü gündəlik 300 min barel azaltmağa davam edəcək. Bu barədə TASS Rusiya baş nazirinin müavini Aleksandr Novaka istinadən məlumat yayıb.

Novak ixtisarların dərinləşdirilməsi və ya tədarükün artırılması barədə qərar vermək üçün gələn ay bazar təhlilinin planlaşdırıldığını söyləyib.

“Bu, Rusiyanın daha əvvəl 2023-cü ilin aprelində elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək könüllü ixtisara əlavədir”, – deyə baş nazirin müavini bildirib.

Rusiya mart ayında neft hasilatını könüllü olaraq sutkada 500 min barel azaldıb. Bu addım sanksiyalar altında “bazar münasibətlərinin bərpasına” töhfə vermək məqsədi daşıyıb. Qərarın müddəti bir neçə dəfə uzadılıb. Sentyabr ayından etibarən Rusiya “bazar tarazlığını təmin etmək səyləri çərçivəsində” neft ixracında gündəlik 300 min barel azalma müddətini uzadıb.

Sentyabrın 5-də Novak sutkada 300 000 barel azalmanın 2023-cü ilin dekabr ayının sonuna qədər uzadıldığını elan edib. Elə həmin gün Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatın sutkada 1 milyon barel azaldılmasını daha üç ay müddətinə uzadacağını açıqlayıb.Sentyabrın 28-də Rusiya Prezidenti Vladimir Putin neft ixracının artırılması imkanının müzakirə olunmadığını bildirib.

Son xəbərlər
Digər xəbərlər