16 C
Baku
Wednesday, November 19, 2025

Rusiya 2025-ci ildə 510 mln. ton neft hasil etməyi planlaşdırır

Rusiya 2025-ci il üçün neft hasilatı üzrə proqnozunu 510 milyon ton səviyyəsində saxlayır.

Bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Bəli, proqnozlar dəyişməyib. Hasilat davam edir”, – deyə baş nazirin müavini qeyd edib.

Məlumata görə, 2050-ci ilədək enerji strategiyasına əsasən, Rusiya 2030-cu ilə üçün neft hasilatını 540 milyon ton həcmində təmin etməlidir. Hasilatın bu səviyyədə 2050-ci ilə qədər qorunub saxlanılması nəzərdə tutulur. Bununla belə, İqtisadi İnkişaf Nazirliyi bu hasilat səviyyəsinə iki il daha tez – 2028-ci ildə çatmağı gözləyir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər