Kiyevin nəzarətində olan ərazilərdə əsirlikdən xilas olunan 35 nəfər Rusiya Silahlı Qüvvələrinin hərbçisi dünən ölkəyə qayıdıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bu gün məlumat yayıb.
Bildirilib ki, onlar müalicə və reabilitasiya üçün Rusiya MN tabeliyində olan və Moskvada yerləşən müxtəlif tibb müəssisələrinə göndərilib.