28 C
Baku
Saturday, August 13, 2022

Rusiya 43 Kanada vətəndaşına sanksiya tətbiq edib

Rusiya Kanadanın 43 vətəndaşına sanksiya tətbiq edib.

Rəsmi Moskvanın sanksiya siyahısına Kanadanın federal və regional səviyyədə olan məmurları düşüb.

“Kanada hakimiyyətinin bu ilin may ayında Rusiya şirkətlərinin rəhbərliyinə və onların ailə üzvlərinə qarşı yeni sanksiyaların tətbiqinə cavab olaraq 43 Kanada vətəndaşının Rusiyaya girişi həmişəlik əngəllənib.

Söhbət federal və regional məmurlardan, hakim Liberal Partiyasının funksionerlərindən və ictimai xadimlərdən gedir”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Kanadada hakim rejim Jastin Trüdo inadla döyüşkən rusofobiya kursunu davam etdirdiyi bir şəraitdə Rusiya tərəfi Ottavanın açıq düşmənçilik hərəkətlərinə cavab olaraq əks tədbirlər görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Rusiya XİN-in saytında ölkəyə girişi həmişəlik yasaqlanan Kanada vətəndaşlarının siyahısı da dərc olunub.

Son xəbərlər
Oxşar xəbərlər