6 C
Baku
Saturday, December 14, 2024

Rusiya 49 Britaniya vətəndaşını “stop siyahısı”na salıb

Rusiya Böyük Britaniyanın bir sıra böyük KİV-nin rəhbərləri və müxbirlərinin, həmçinin Silahlı Qüvvələrin komandanlığı, hərbi-sənaye kompleksi və Britaniyanın müdafiə lobbisinin nümayəndələrinin “stop siyahısı”na daxil edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub.

“Siyahıya daxil olan britaniyalı jurnalistlər Rusiya, Ukrayna və Donbass hadisələri haqqında qəsdən yalan və birtərəfli məlumatların yayılmasında iştirak edirlər. Onlar qərəzli qiymətləndirmələri ilə Britaniya cəmiyyətində rusofobiyanın alovlanmasına töhfə verirlər.

Böyük Britaniya müdafiə kompleksi ilə əlaqəli şəxslər Ukraynaya silah tədarükü ilə bağlı qərarların qəbulunda iştirak edirlər”, – bildirilib.

Ümumilikdə, bu sanksiya ilə Rusiya XİN 49 Britaniya vətəndaşını “stop siyahısı”na salıb. Onların 29-u media nümayəndəsi, 20-si isə müdafiə kompleksi ilə əlaqəli şəxslərdir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər