10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Rusiya 5 Polşa diplomatını ölkədən çıxarır

Rusiya Varşavanın hərəkətlərinə cavab olaraq, 5 Polşa  diplomatını ölkədən çıxarır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Varşavanın 3 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edərək, ABŞ administrasiyasının havasına necə tez oynadığına diqqət yetirdik. Öz növbəsində Rusiyadan da 5 polşalı diplomat çıxarılacaq”, deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Polşa 3 Rusiya diplomatını “persona non-qrata” elan edib. Rəsmi Varşava rusiyalı diplomatların diplomatik statusun şərtlərini pozduqlarını və Polşa Respublikasının əleyhinə tədbir keçirdiklərini əsas gətirib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər