Rusiya Polşa səfirliyinin beş əməkdaşının ölkədən çıxarılması barədə qərar qəbul edib. Diplomatlar mayın 15-dək ölkəni tərk etməlidirlər.
TASS agentliyi xəbər verir ki, Polşanın Moskvadakı səfiri Kşiştof Krayevski Rusiya xarici işlər nazirliyinə çağırılıb və orada qərar barədə məlumatlandırılıb.
Bildirilib ki, Polşanın rusiyalı diplomatları qovmaq qərarına cavab olaraq nazirlik Polşa Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin beş işçisini “persona non grata” elan edib.