11 C
Baku
Monday, November 25, 2024

Rusiya 55 Kanada vətəndaşına sanksiya tətbiq edib

Rusiya yüksək rütbəli hərbçilər, siyasətçilər və ictimai xadimlər də daxil olmaqla 55 Kanada vətəndaşına sanksiya tətbiq edib.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamada Kanada Baş naziri Castin Trüdo administrasiyasının Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Bəyanatda qeyd olunub ki, 55 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi qarşılıqlılıq prinsipindən asılı olaraq qadağan edilib.

Bundan başqa, bəyanatda sözügedən şəxslərin siyahısı da dərc edilib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər