2 C
Baku
Saturday, March 2, 2024

Rusiya 63 hərbi əsirini Ukraynadan geri aldı

Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi həyata keçirilib.

Bu barədə məlumatı şəbnə günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 63 hərbçisi geri alınıb.

Qeyd olunur ki, Kiyevlə əsir mübadiləsi mürəkkəb danışıqlar prosesi nəticəsində təşkil olunub.

Nazirlik bildirib ki, azad edilən bütün hərbi qulluqçular Rusiya Federasiyasının ərazisindədir.

Hərbi qulluqçulara lazımi psixoloji və tibbi yardım göstərilir, yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Müdafiə Nazirliyi onu da açıqlayıb ki, “həssas kateqoriya”dan olan bəzi şəxslər də azad edilmiş hərbi əsirlər qrupuna düşüb. Bu insanların kim olduğu hələlik məlum deyil. Onlar haqqında məlumat verilmir.

Son xəbərlər
Digər xəbərlər