1 C
Baku
Saturday, December 14, 2024

Rusiya ABŞ-a xəbərdarlıq edib

Dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ABŞ ilə diplomatik münasibətlərin kəsilməsini tətikliyə bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya bu cür münasibəti cavabsız qoymur.

Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, bu ssenari reallaşacağı təqdirdə, Rusiya dondurulmuş aktivlərinə həbs qoyulmasının təşəbbüskarlarını heç vaxt dinc buraxmayacaq.

“Bunun hüquqi nəticələri olacaq, Moskva məhkəməyə etiraz etmək hüququndan istifadə edəcək. Bundan əlavə, Rusiya tərəfi cavab olaraq nəyin müsadirə oluna biləcəyini öyrənəcək”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər