28 C
Baku
Sunday, July 14, 2024

Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 14 mlrd. dollara endirib

Bu ilin avqust ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 900 mln. dollar azaldaraq 14,097 mlrd. dollara endirib.

Banker.az Reporta istinadən xəbər verir ki, bunun 3,378 mlrd. dolları uzunmüddətli, 10,719 mlrd. dolları isə qısamüddətli istiqrazlardır.

ABŞ-ın borc alətlərinə investisiyaların məbləğində görə Çin 1,165 trln. dollarlıq göstərici ilə lider olaraq qalır. II yerdə Yaponiya (1,029 trln. dollar), III yerdə Braziliya (317,8 mlrd. dollar), IV yerdə İrlandiya (315,8 mlrd. dollar), V yerdə isə Böyük Britaniya (272,6 mlrd. dollar) qərarlaşıb.

Xatırladaq ki, Rusiyanın ABŞ-ın dövlət istiqrazlarına investisiyalarının maksimal həddi 2013-cü ilin fevral ayında (164,3 mlrd. dollar) qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər