Rusiya, ABŞ və Fransa yaxın zamanlarda Dağlıq Qarabağda münaqişənin dayandırılması üçün bir sıra təşəbbüslər irəli sürəcəklər.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında bildirib.
“Rusiya, ABŞ və Fransa, ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, ən yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün bir sıra təşəbbüslər irəli sürəcəklər”, – o deyib.