Moskvada Rusiya ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Zaporojye AES-ə dair məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı tərəflər AES-in təhlükəsizlik zonasının yaradılmasına dair bəyannamə layihəsi üzrə mövqelərin əhəmiyyətli oxşarlığını qeyd ediblər.
Bildirilib ki, mümkün qədər tez yekun mətnə çıxmaq üçün məsləhətləşmələr davam etdiriləcək.