Rusiya cavab olaraq Avropa İttifaqının ali rəhbərliyini “qara siyahı”ya salıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Məhdudiyyətlər Avropa İttifaqının ali rəhbərliyinə, o cümlədən bir sıra Avropa komissarlarına və Aİ hərbi strukturlarının rəhbərlərinə, həmçinin anti-Rusiya siyasətini təbliğ edən Avropa Parlamenti üzvlərinin böyük əksəriyyətinə şamil edilir”, – deyə XİN-in məlumatında bildirilir.