23 C
Baku
Friday, April 19, 2024

Rusiya aktivlərini ən aktiv şəkildə bloklayan ölkələr bilindi

Rusiyanın Ukraynada hərbi əməliyyatları başlayandan Aİ təcavüzkar ölkənin 14 milyard avroya yaxın aktivlərini dondurub.

Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didye Reynders Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin həcminə görə aparıcı ölkələri sadalayıb ki, bunlar arasında Almaniya, Fransa, Avstriya, İrlandiya, Belçika və Lüksemburq da var.

Xüsusilə qeyd olunur ki, Rusiyanın Avropa İttifaqında dondurulmuş 14 milyard avroya yaxın aktivlərinin təxminən 13 milyard avrosu bu altı ölkənin payına düşür. Bununla bağlı Reynders Aİ-yə üzv dövlətləri Rusiyanın kifayət qədər aktivlərini dondurmadığına görə tənqid edib.

Bundan əvvəl Reynders bildirmişdi ki, Aİ oktyabr ayında sanksiyalardan yayınma halında Rusiya Federasiyasının həbs edilmiş aktivlərinin müsadirəsinə imkan verəcək direktiv qəbul edəcək.

Son xəbərlər
Digər xəbərlər