8 C
Baku
Sunday, November 17, 2024

“Rusiya aktivləri Aİ tərəfindən müsadirə olunarsa, analoji addımlar atacaq”

Avropa İttifaqı Rusiya aktivlərini müsadirə etmək qərarına gələrsə, Moskva analoji kompensasiya tədbirləri görməyə hazırdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Əlbəttə ki, biz hər zaman qanunvericilik çərçivəsində tərəfdaşların və ya tərəfdaş olmayanların müdrik qərarlar qəbul etməsi üçün hər cür son şans veririk. Eyni zamanda, biz mülkiyyətimizin qorunması üçün analoji kompensasiya tədbirlərinin tətbiqinə qədər istənilən addım atmağa hazırıq ki, buna da heç kimin şübhəsi olmasın”,- Zaxarova bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər