Moskvanın Taqanski Rayon Məhkəməsi “Apple” şirkətini cərimələyib.
Bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb şirkətin informasiyaya çıxışın məhdudlaşdırılması prosedurunu pozmasıdır.
Bildirilir ki, “Apple” buna görə 3,5 milyon rubl məbləğində cərimələnib.