11 C
Baku
Sunday, November 17, 2024

“Rusiya artıq etibarlı təchizatçı deyil” – Ursula von der Leyen

“Rusiya əvvəl Avropanın ən böyük yanacaq təchizatçısı idi, Aİ Rusiyanın qalıq yanacaq resurslarının ən böyük müştərilərindən biri idi, ancaq bu artıq sona çatıb.

Bunu Moldovada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu ölkənin Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya – “Qazprom” son 8 ayda Avropaya qaz təchizatının 80 faizini kəsib. Lakin biz bunu kompensasiya edə bilmişik, mənbələrimizi diversifikasiya etmişik. Biz Rusiyanı ABŞ, Norveç, Azərbaycan, Əlcəzair kimi etibarlı təchizatçılarla əvəz etmişik. Biz həmçinin enerjimizə qənaət edirik. Qaz anbarlarımız doludur və qışa yaxşı hazırlaşmışıq.

Bir daha vurğulayıram ki, biz Rusiyanın qalıq yanacağından asılılığımızı çox ciddi şəkildə azaltmışıq. Rusiya artıq etibarlı təchizatçı deyil”, – o vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər