17 C
Baku
Cümə, May 20, 2022

Rusiya AŞPA üzvlüyündən çıxarılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının qurumdan xaric olunması barədə qərar qəbul ediblər.

Bu barədə UNİAN xəbər verir.

Qeyd edilir ki, heç bir ölkə qərarın əleyhinə səs verməyib. Rusiyanın AŞPA-dan çıxarılmasına 216 ölkə səs verib, 3 ölkə isə bitərəf qalıb. Səsvermədən əvvəl Rusiya tərəfi Strasburqa müstəqil şəkildə çıxmaq üçün ərizə təqdim edib.

“Lakin bu, bizim planlarımızı dayandırmır, prosedura fasilə vermir”, – Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks bildirib.

AŞPA-nın qərarında deyilir ki, Rusiyanın fəaliyyəti təşkilatın prinsipləri ilə uyğun gəlmədiyi üçün Avropa Şurasına üzvlüyünə xitam verilməsi tövsiyə olunur. Eyni zamanda, AŞPA Avropa İnsan Haqları Məhkəmədində Rusiyaya qarşı iddialara tezliklə baxılmasını xahiş edir.

Bununla yanaşı, AŞPA Putinin hakimiyyətinə qarşı çıxan qeyri-dövlət institutlarına dəstək vermək niyyətindədir. Qərarda Avropa Şurasına Rusiyada hüquq müdafiəçiləri, demokratik qüvvələri, azad media və müstəqil vətəndaş cəmiyyətini dəstəkləmək və onlarla qarşılıqlı əlaqədə olmaq tapşırılıb.

Eyni zamanda, Avropa Şurasının digər üzvləri də həmin qurumara maliyyə ayıracaq. Həmçinin çoxlu sayda ukraynalı qaçqını qəbul edən Avropa Şurasının dövlətlərinə dəstəyin gücləndirilməsi təklif edilir.

Son xəbərlər
Oxşar xəbərlər