26 C
Baku
Saturday, July 27, 2024

Rusiya aviaşirkəti Sankt-Peterburqdan Bakıya uçuşlara başlayır

İyulun 25-dən Rusiyanın “Smartavia” aviaşirkəti (“Nordavia aviaşirkətinin ticarət markası) Sankt-Peterburqdan Azərbaycana reyslərə başlayır.

“İyulun 25-dən Pulkovoda Bakıya yeni reys həyata keçiriləcək. Reysi “Smartavia” aviaşirkəti həyata keçirəcək. Bakıya ilk reys yerli vaxtla 16:25-də baş tutacaq”, – aeroportun məlumatında deyilir.

Bakıya uçuşlar həftədə 2 dəfə – cümə axşamı və şənbə günləri ekonom sinif salonu olan Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Biletlərin qiyməti 8,83 min rubldan başlayır.

Hazırda Peterburqdan Bakıya digər reyslərə tələbatın yüksək olduğu hesab edilir.

2018-ci ildə “Nordavia” Pulkovo aeroportuna 648 min sərnişin daşıyıb, bu 2017-ci ilin göstəricisindən 35% çoxdur. Aviaşirkətin donanmasında 13 Boeing 737-500, -700, və -800 sərnişin təyyarəsi var. Bu təyyarılər ən yüksək texniki tələblərə və beynəlxalq təhlükəsizlik standartlarına cavab verirlər.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər