16 C
Baku
Sunday, November 3, 2024

Rusiya aviaşirkətləri Gürcüstan hökumətinə uçuşa başlamaqla bağlı müraciət edib

Rusiya aviaşirkətləri Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyinə bu ölkəyə uçuşa başlamaqla bağlı müraciət edib.

Bu barədə Rusiya Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan hökumətinə müraciət edən Rusiya aviaşirkətlərinin adları açıqlanmayıb.

Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.

Gürcüstan Prezidenti Salome Zurabişvili rəsmi Moskvanın bu addımını qəbuledilməz və təxribat adlandırmışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər