11 C
Baku
Monday, November 25, 2024

Rusiya aviaşirkəti bu tarixdən Moskvadan Bakıya uçuşları bərpa edir

Mayın 1-dən etibarən “Rossiya” aviaşirkəti Moskvadan Bakıya birbaşa müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

Bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilib.

Uçuşlar gündəlik olaraq Şeremetyevo hava limanından həyata keçiriləcək və bu istiqamətdəki “Aeroflot” reyslərini əvəz edəcək.

Uçuşlar aşağıdakı cədvələ uyğun həyata keçiriləcək (gediş/gəliş):

Moskva – Bakı:

SU/FV 6603 11:00/15:40 (gündəlik), SU/FV 6605 14:25/19:05 (Bazar ertəsi, Çərşənbə, Cümə, Bazar), SU/FV 6601 21:10/01:50 (Cümə) .

Bakı – Moskva:

SU/FV 6604 16:40/19:20 (gündəlik), SU/FV 6606 20:05/22:50 (Bazar ertəsi, Çərşənbə, Cümə, Bazar), SU/FV 6602 02:50/05:30 (Şənbə) .

Qeyd edək ki, aviareyslər Rusiya istehsalı olan ikisinifli “Superjet 100” təyyarələrilə həyata keçirilcək. Təyyarədə ümumi oturacaqların sayı 87-dir ki, onlardan 12-si biznes, 75-i isə ekonom sinifdir.

Məlumat üçün bildirək ki, “Rossiya” aviaşirkəti “Aeroflot” Qrupuna daxildir.

 

 

Son xəbərlər
Digər xəbərlər