Rusiyanın “Azimut” aviaşirkəti iyunun 13-dən Mineralnıye Vodı – Gəncə istiqamətində uçuşlara başlayacaq.
Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkələrdə yazıb.
“Stavropol diyarında hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Biz Mineralnıye Vodı hava limanından yeni marşrut açırıq. İyunun 13-dən etibarən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə “Azimut” Hava Yollarının həftəlik birbaşa reysi başlayacaq”, – o bidirib.
Qubernator qeyd edib ki, bu, Stavropol səyahətçiləri və sahibkarları üçün logistikanı daha rahat edəcək, həmçinin buraya turist axınının artmasına töhfə verəcək.