Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi “Azimut” aviaşirkətinə Rostov-Bakı marşrutu və geri istiqamətdə uçuşlar həyata keçirmək üçün icazə verib.
Report agentliyi qurumun saytına istinadən xəbər verir ki, Rostov aviaşirkəti həftədə üç dəfə Bakıya uçuşlar təşkil etməyi planlaşdırır.
Aviaşirkətdən Bakıya uçuşların reys cədvəlində artıq 2020-ci ilin əvvəlindən yer alacağı bildirilib.
Qeyd edək ki, əvvəllər Rostovdan Bakıya “Pobeda” aviaşirkəti uçuşlar həyata keçirirdi. Yayda Rusiyanın “İrAero” aviaşirkəti də bu cür planları olduğunu açıqlamışdı.