Rusiyanın “İrAero” aviaşirkəti bu gündən Saratovdan Bakıya uçuşlara başlayır.
Reyslər “Superjet-100” təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.
Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-də havaya qalxacaq və saat 19:05-də Saratov aeroportunda enəcək. Əks istiqamətdə reys saat 20:20-də havaya qalxacaq və saat 22:55-də eniş edəcək.