21 C
Baku
Thursday, April 25, 2024

Rusiya aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib – Yenilənib

Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. “Boeing 737” markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.

***

Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi artıq Gəncəyə uçub.

Bu barədə Hava limanından bildirilib.

Məlumata görə, Bakı vaxtı ilə 12:42-də təyyarə sərnişinlərlə birgə Gəncəyə yola düşüb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər