Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “Azur Air” aviaşirkətinin Moskva və Sankt-Peterburqdan Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verib.
Bu barədə “Rosaviasiya”nın açıqlamasında deyilir.
“Federal Hava Nəqliyyatı Agentliyinin 1 fevral tarixli qərarı ilə “Azur Air” şirkətinin Moskva-Qəbələ və Sankt-Peterburq-Qəbələ aviareysləri üzrə hər birində həftədə yeddi dəfə uçuzlar həyata keçirməsinə icazə verilib”, – açıqlamada deyilir.
Xatırladaq ki, “Azur Air” Rusiyanın ən böyük çarter aviadaşıyıcısıdır. Aviaşirkətin 32 təyyarəsi var.