Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) ölkə aviaşirkətlərinə Yaxın Şərqə uçuşları məhdudlaşdırmaqla bağlı göstərişlər verib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
“Rosaviasiya aviaşirkətlərə İsrail və İran hava limanlarına/hava limanlarından uçuşlar, eləcə də İsrail, İordaniya, İraq və İran hava məkanında uçuşlar həyata keçirməməklə bağlı göstərişlər verilib”, – qurumdan bildirilib.
Göstərişlər ilkin olaraq iyunun 26-sı Moskva vaxtı ilə saat 02:59-a (Bakı vaxtı ilə 03:59) qədər qüvvədədir.
“Rosaviasiya” vurğulayıb ki, qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.