9 C
Baku
Thursday, December 12, 2024

Rusiya aviasiyası ABŞ-ın Ukraynaya verdiyi radiolokasiya stansiyasını məhv edib

Ötən sutka ərzində Rusiya aviasiyası ABŞ tərəfindən Ukraynaya təhvil verilmiş AN/TPQ-50 radiolokasiya stansiyasını məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının toplandığı 73 ərazini vurub. Hava zərbələri nəticəsində “DXR”-in Kodema rayonu ərazisində iki komanda məntəqəsi, 150-dən çox millətçi, üç raket və artilleriya silahı və bir yanacaq anbarı, Seversk rayonu ərazisinfə yerləşən anbarda səkkiz tank, zirehli texnika, “Qrad” reaktiv yaylım atəş sistemlərinin qurğusu, bir səhra artilleriya batareyası, 10 xüsusi texnika, habelə ABŞ istehsalı olan AN/TPQ-50 radiolakasiya stansiyası məhv edilib”, – deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 190 təyyarə, 129 helikopter, 1127 pilotsuz uçuş aparatı, 330 zenit-raket kompleksi, 3424 tank və digər zirehli döyüş texnikası, 473 reaktiv yaylım atəş sistemi, 1795 səhra artilleriya silahı və minaatan, o cümlədən 3446 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər