Rusiya sentyabrın 16-da Avropa İnsan Haqları Konvensiyasında üzvlük statusunu itirəcək.
Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) katibliyindən məlumat verilib.
“Rusiya Federasiyası 2022-ci il sentyabrın 16-dan Avropa İnsan Haqları Konvensiyasına üzv olmaqdan çıxacaq”, – məhkəmədən bildirilib.
AİHM hesab edir ki, bununla da məhkəmə Rusiyanın bu konvensiyanı pozması ilə bağlı bütün müraciətlərə baxmaq səlahiyyətini sentyabrın 16-dək saxlayır.