23 C
Baku
Tuesday, April 23, 2024

Rusiya Avropa İnsan Hüquqları Konvensiyasını denonsasiya edir

Rusiya Avropa Şurasından çıxdığı üçün Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) denonsasiya (beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətinin birtərəfli qaydada dayandırması haqqında bəyanat verməsi) etməyə məcburdur.

Bu barədə çərşənbə axşamı Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

“Rusiya Avropa Şurasından çıxarkən Avropa İnsan Hüquqları Konvensiyasını denonsasiya etməyə məcbur olacaq. Amma qorxmayın, ölkəmizdə bütün hüquqlar qeyd-şərtsiz təmin olunacaq. Parlament müstəvisində biz prosesə başlamağa hazırıq. Konvensiyanın denonsasiyası haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edildikdən dərhal sonra ona baxılacaq”, – Slutski “Telegram” kanalında yazıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər