6 C
Baku
Thursday, December 26, 2024

Rusiya Avropa İttifaqına taxıl tədarükünü demək olar ki, dayandırıb

Rusiya Avropa İttifaqına taxıl tədarükünü demək olar ki, dayandırıb. Tədarükün azalması iyul ayında rüsumların artırılması ilə əlaqəli olub. Belə ki, iyulda aylıq ifadədə ixrac 4 dəfə azalaraq, avqustda 3.7 milyon avroya düşüb.

İyulun 1-dən Aİ Rusiya və Belarusdan taxıl, yağlı bitkilər və onların məhsullarının idxalına əlavə rüsumlar tətbiq edib. Rüsumun məbləği Aİ-yə idxal olunan məhsulun 1 tonu üçün 95 avroya çatır ki, bu da Avropa bazarında buğdanın dəyərinin təxminən 50%-nə bərabərdir.

Rusiya taxılının iyul-noyabr aylarında xaricə ixracının yüksək templəri və məhsuldarlığın azalması 2025-ci ildə ixrac kvotasının üç dəfə azalmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, dünya bazarında belə bir tədbir buğdanın qiymətinin artmasına gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər