Rusiya Avropa Məhkəməsinin qərarlarını icra etməyəcək

Rusiya Dövlət Duması Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etməməyə dair qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qərara görə, AİHM-in martın 15-dən sonra çıxardığı qərarlar icra edilməyəcək. Bu tarixə qədər çıxarılmış qərarlar üzrə təzminatlar isə yalnız yerli banklar vasitəsi ilə rublla ödəniləcək.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, AİHM-in bəzi qərarları Rusiya Konstitusiyası və ənənələri ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, Rusiya martın 15-də Avropa Şurasından çıxdığını elan edib.

Hazırda AİHM-də baxılmalı olan 70 mindən çox işin 24%-i Rusiyaya aiddir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər