“Rusiya Avropa Şurasından çıxmaq qənaətinə gəlib”.
“RİA Novosti”yə istinadən, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşündə bildirib.
“Tam səmimi deyirəm, artıq Avropa Şurasından çıxmağı düşünürük. Dörd ildir danışıqlar gedir, amma heç bir irəliləyiş yoxdur”, – o deyib.
Qeyd edək ki, Rusiya Krımı ilhaq etdiyinə görə 2014-cü ildən AŞPA-da bir sıra səlahiyyətlərindən məhrum edilib. Buna cavab olaraq Rusiya qurumun iclaslarında iştirakını dayandırıb.