9 C
Baku
Sunday, November 17, 2024

Rusiya Avropanı “Kalininqrad”a görə hədələyir

Rusiya bildirib ki, Avropa İttifaqı “Kalininqradın blokadası ilə bağlı vəziyyəti düzəltməsə”, onların “əlləri açılacaq”.

Bu barədə Suverenliyin Müdafiəsi üzrə Federasiya Şurası Komissiyasının rəhbəri Andrey Klimov deyib.

“Avropa İttifaqı Kalininqradın blokadası ilə bağlı vəziyyəti düzəltməlidir, yoxsa Rusiyanın tranzit məsələsini istənilən yolla həll etmək üçün əl-qolu açılacaq”, – deyə Klimov bildirib.

Bundan əvvəl Kalininqrad vilayətinin hakimiyyət orqanları, Litva regiona yüklərin tranzitinə qoyulan məhdudiyyəti aradan qaldırmasa, “Rusiya Federasiyası tərəfindən tədbirlərin görülməsi ilə bağlı təklif göndərəcəklərini” vəd etmiş və qadağanı qanunsuz hesab etmişdilər.

Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov Litvanın Avropa İttifaqının sanksiyalarına məruz qalan mallarla dolu tranzit qatarlarının vilayətə buraxılmasını dayandırdığını bildirmişdi.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər