10 C
Baku
Tuesday, November 26, 2024

Rusiya Avstraliyaya qarşı sanksiyaları genişləndirib

Rusiya Avstraliyaya qarşı sanksiyaları genişləndirib.

40-dan çox avstraliyalı Rusiya Xarici İşlər Nazirliyinin genişləndirilmiş sanksiya siyahısına daxil edilib.

“Avstraliyada anti-Rusiya gündəmini təşkil edən hərbi-sənaye kompleksinin podratçıları, jurnalistlər və bələdiyyə deputatlarından ibarət 41 avstraliyalının ölkəmizə qeyri-müəyyən müddətə girişi qadağan olunub”, – deyə bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayılan sənəddə bildirilib.

Sənəddən məlum olur ki, siyahıda yer alan şəxslərin yarıdan çoxu jurnalist fəaliyyəti ilə məşğuldur.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Avstraliya hakimiyyəti öz kursunu dəyişməsə, Rusiyanın “qara siyahı”sının formalaşdırılması üzərində iş davam etdiriləcək.

 

 

Son xəbərlər
Digər xəbərlər