10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Rusiya Azərbaycan konyakını almaqdan “imtina” edib

BANKER.AZ — Rusiyanın Azərbaycandan konyakın idxalını böyük həcmdə azaltması, bu məhsul üzrə valyuta daxil olmasına əməlli təsir edib.

Banker.az-ın xəbərinə görə, Azərbaycanın xaricə ixrac edilən üzüm çaxırının və ya üzüm puçalının distillə edilməsindən alınan spirtli içkilər həcmi 56% azalıb.

Konyak, qrappa və brendinin daxil olduğu bu məhsulların ilin ilk 9 ayı üzrə ixrac həcmi 125.12  min dekalitr olub (1 dkl=10 litr). Buna görə isə cari ildə Azərbaycana 4.6 mln. dollar valyuta gəlib. İlin yanvar-oktyabr ayında isə 127.44 min dkl, yəni, 4.72 mln. dollar idxal dəyəri təşkil edib. Bunun 112.66 min dkl-ı (3.72 mln. dollar) Qazaxıstana, 9.64 min dklı (0.31 mln. dollar) Ukraynaya, 4.05 min dkl-ı (0.53 mln. dollar) Belarusa və 0.92 min dkl-ı (0.1 mln. dolları) Rusiyaya ixrac olunub. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Azalmaya əsas səbəbkar isə Rusiya Federasiyasının cari ildə idxalı kəskin azaltmasıdır. RF 2019-cu ilin yanvar-sentyabr ayları ərzindən Azərbaycandan 239.13 min dkl, yəni, 11.74 mln. dollar həcmində konyak, qrappa və brendi almışdı.

2019-cu ildə Azərbaycanda xaricə 282.35 min dkl bu növ məhsullar ixrac olunmuşdu ki, buna görə də 13.06 mln. dollar həcmində valyuta daxil olmuşdu.

Qeyd edək ki, ötən il həmçinin qiymətlət  (4.63 $/liter)  bu ilkindən (3.68$/liter) yüksək idi.

Azərbaycanda son göstəricilərə görə isə ilin ilk 11 ayı ərzində 24.1 min dkl konyak istehsal edilib. Bu öncəki ildəki rəqəmləri 1.7% üstələyir. Hazırda ölkə üzrə anbarlarda isə 16.4 min dkl təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər