14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Rusiya Azərbaycan nektarinində “çürük tapıb”, idxala icazə vermədi

faizlere

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz Regionlararası İdarəsinin apardığı fitosanitar karantin nəzarəti tədbirləri zamanı “Viaduk” müvəqqəti saxlama anbarından məhsulların idxalına icazə verməyib.

Bu barədə “Rosselxoznadzor” xəbər verir.

Məlumata görə, həmin məhsullar Azərbaycandan gətirilmiş 18,7 ton nektarin və İrandan gətirilmiş 39,3 ton nektarin olub. Meyvələrin geri qaytarılmasında səbəb Ümumrusiya Bitki Karantinası Mərkəzinin (VNIIKR) Dağıstan şöbəsinin nektarinlərdə qəhvəyi rəngli monilious çürüyünün (Monilinia fructicola (Qış) Bal) olması barədə rəyidir.

Yük sahibləri “Bitki karantini haqqında” 206 saylı federal qanunu pozduqlarına görə inzibati məsuliyyətə cəlb edilib. Nektarin Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2.-ci – “Tənzimlənən məhsulların idxalı və ixracı qaydalarının pozulması” maddəsi ilə geri qaytarılıb.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər